Tbilisinin mərkəzində bazarda GÜCLÜ YANĞIN
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisinin Vağzal bazarında səhər saat 6 radələrində başlayan və qısa zamanda ərazinin böyük hissəsini əhatə edən yanğın lokallaşdırılıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ölən və yaralananlar barədə məlumat verilməyib.
***08:58
Tbilisinin mərkəzində "Vokzalnaya ploşçad" metrostansiyası yaxınlığındakı geyim bazarında güclü yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə çərşənbə günü, aprelin 30-da Gürcüstan KİV-i ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda yanğınsöndürənlər hadisə yerində fəal işləyir. İlkin məlumatlara görə, itki yoxdur.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...