Tayvanda Çinə məxsus təyyarə və gəmilər görünüb

Tayvanda Çinə məxsus təyyarə və gəmilər görünüb
Dünya 22

Tayvan Adası ətrafında Çinə məxsus 24 hərbi təyyarə və 6 gəminin müşahidə edildiyi bildirilib.

BAKU.WS xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin sosial media platforması X-dəki hesabında verilən açıqlamada, dünən axşamdan bu səhərə qədər adanın ətrafında 24 hərbi təyyarənin görüldüyü qeyd olunub. Bildirilib ki, onlardan 21-i Tayvan boğazında tərəflərin təsir sahələrini ayırdığı ehtimal olunan "orta xətt"i keçərək Tayvanın "Hava Hücumundan Müdafiə Tanıma Zonası" elan etdiyi ərazinin şimal, cənub-qərb və şərq hissələrində uçub.

Açıqlamada həmçinin Çinin donanmasına məxsus 6 hərbi gəminin də Tayvan ətrafında müşahidə edildiyi vurğulanıb. Tayvan ordusunun vəziyyəti izlədiyi və lazım olan tədbirləri gördüyü bildirilib.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi kimi qəbul edir. Lakin Tayvan 1949-cu ildən bəri faktiki olaraq müstəqilliyini qoruyub saxlayır. Çin materiki ilə Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılıq və suverenlik mübahisəsi hələ də davam edir.

Son illərdə Tayvan üzərində hərbi təzyiqini artıran Pekin rəhbərliyi adanın materiklə yenidən birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etmədiyini dəfələrlə vurğulayıb.

Oxşar xəbərlər

Son xəbərlər