Taylandda yanacaqdoldurma məntəqələrində partlayışlar baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Taylandın cənub bölgəsində yaraqlılar PTT neft-qaz şirkətinə aid 11 yanacaqdoldurma məntəqəsində partlayıcı qurğular işə salıb və yanğınlar törədiblər.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "One 31" telekanalı yayıb.
Hadisələr Narathivat, Pattani və Yala prefekturalarında qeydə alınıb. Partlayışlar nəticəsində bir polis əməkdaşı yaralanıb.
Qeyd edilir ki, Taylandın müsəlmanların üstünlük təşkil etdiyi cənub hissəsində silahlı münaqişə 70 ildən çoxdur davam edir. 2004-cü ildən etibarən aktiv fəaliyyət göstərən yaraqlı qruplar regionun ayrılması və Pattani, Yala və Narathivat ərazilərində sultanlığın yaradılması məqsədini güdürlər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...