Taylandda məktəbdə silahlı hücum: Ölən və yaralananlar var

Taylandda məktəbdə silahlı hücum: Ölən və yaralananlar var
Foto
Dünya 15

Taylandın Nonthaburi əyalətində yerləşən Debsirin Nonthaburi Liseyində şagirdin törətdiyi silahlı hücum nəticəsində ölən və yaralananlar var.

BAKU.WS xəbər verir ki, hadisə Banqkok yaxınlığındakı məktəbdə baş verib.

İlkin məlumata görə, silahlı hücumu məktəbin şagirdi həyata keçirib.

Hadisə zamanı azı 2 nəfər ölüb, 15-dən çox insan yaralanıb. Yerli KİV-lər ölən və yaralananların sayının daha çox ola biləcəyini yazsa da, bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Hadisə yerinə polis, xüsusi təyinatlılar və təcili tibbi yardım briqadaları cəlb olunub. Məktəbdə təxliyə aparılıb, hücumun motivi araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər