Tayland Kamboca ilə münaqişəyə görə hərbi vəziyyət elan etdi

Tayland Kamboca ilə münaqişəyə görə hərbi vəziyyət elan etdi
Dünya 33

Tayland Kamboca ilə sərhəddə yerləşən səkkiz əyalətdə hərbi vəziyyət elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Nation" nəşri Çantxaburi və Trat Sərhəd Müdafiə Komandanlığına istinadən məlumat yayıb.

"Bəyanata əsasən, Taylandın xarici təhlükələrdən qorunması üçün hərbi qüvvələrin yerləşdirilməsinə ehtiyac yaranıb. Çünki Kamboca sərhəd boyunca Tayland ərazisinə daxil olmaq üçün silah və güc tətbiq edib. Bu tədbirlər ölkənin suverenliyini, ərazi bütövlüyünü və Tayland vətəndaşlarının həyatını və əmlakını qorumaq məqsədi daşıyır", – deyə materialda bildirilir.

"The Bangkok Post" portalının məlumatına görə, ölkələr arasında sərhəd boyunca azı doqquz rayonda toqquşmalar baş verib. Tayland Kral Ordusunun (RTA) məlumatına əsasən, təhlükəsizlik məqsədilə sərhəddən uzaq ərazilərdə yerləşən sığınacaqlara 63 min nəfər köçürülüb.

İyulun 24-nə keçən gecə Tayland və Kamboca arasında mübahisəli ərazidə quru qoşunları arasında atışmalar başlayıb. Tayland hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda günahlandırıb və daha sonra ölkənin Hərbi Hava Qüvvələri qonşu dövlətin ərazisində yerləşən hədəflərə zərbələr endirib. Bu hadisələr nəticəsində Banqkok və Pnompen arasındakı gərginlik yeni mərhələyə keçib.

Son xəbərlər