Tanınmış boksçu mükafatlandırma mərasiminə fərqli ayaqqabılarda gəldi
Usik "The Ring" mükafatlandırma mərasiminə fərqli ayaqqabılarda gəldi.
BAKU.WS rt-yə istinadən xəbər verir ki, ukraynalı boksçu, ağır çəkidə dünya çempionu Aleksandr Usik qeyri-adi görünüşü ilə tədbir iştirakçılarının diqqətini çəkib.
Usik "The Ring" jurnalının mükafatlandırma mərasiminə fərqli rəngli ayaqqabılarda qatılıb: sağ ayağında ağ idman ayaqqabısı, sol ayağında isə qara ayaqqabı geyinmişdi.
Qeyd edək ki, 21 dekabrda Ər-Riyadda keçirilən döyüşdə Usik hakimlərin yekdil qərarı ilə Tayson Fyuri üzərində qələbə qazanıb. Döyüşdə WBC, IBO, WBO, WBA Super və The Ring versiyaları üzrə dünya çempionluğu titulları uğrunda mübarizə aparılıb.
Bundan əvvəl WBC-nin Usik və Fyurini döyüşlərdən kənarlaşdırdığı barədə məlumat yayılmışdı.
Oxşar xəbərlər
İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında ardıcıl 3 püskürmə baş verib. BAKU.WS xəbər verir ki, püskürmə zamanı vulkan külü 800-1000 metr...