Tanınmış aparıcı vəsiyyətini açıqladı: "Keçmiş həyat yoldaşım dəfnimə gəlməsin!"

Tanınmış aparıcı vəsiyyətini açıqladı: Keçmiş həyat yoldaşım dəfnimə gəlməsin!
Foto
Dünya 1258

Tanınmış aparıcı Reha Muhtar vəsiyyətini açıqlayıb.

BAKU.WS xəbər verir ki, mərhum müğənni Ferdi Tayfurun yas mərasimində yaşanan davadan sonra Reha da dəfninə keçmiş həyat yoldaşı Deniz Uğurun gəlməsini istəmədiyini deyib:

"Bu mənim vəsiyyətimdir, Deniz Uğur dəfnimə gəlməsin. Ferdi Tayfurun başına gələnlər mənim dəfn mərasimimdə yaşanmasın".

Xatırladaq ki, bir müddət əvvəl Reha aparıcının keçmiş həyat yolodaşı Deniz Uğur müğənni Nilüfer və qızı Ayşə Nazlı Yumlunun oğlu Poyrazı qaçırdığınə iddia etmişdi.

Nilüfer iddialarla bağlı "Uşaq qaçırma, saxlama deyə bir şey yoxdur, təəssüf ki, hamısı iyrənc böhtandır" sözlərini söyləmişdi.

Onu da bildirək ki, Reha Muhtar Nilüferlə 2001-2003-cü illərdə, Deniz Uğurla isə 2008-2010-cu illərdə ailəli olub. Aparıcı Nilüferin qızına atalıq edib. Deniz Uğurdan isə bir qızı və bir oğlu dünyaya gəlib.

Son xəbərlər