Tailandda turist avtobusu qəzaya uğrayıb, 36 nəfər yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tailandın Phetçaburi vilayətində turist avtobusu qəzaya uğrayıb, nəticədə 36 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, hadisə barədə Khaosod qəzeti məlumat yayıb.
Yer polis polkovniki Tip Khengkum bildirib ki, avtobusda xarici turistlər olub. Sürücü idarəetməni itirərək yoldan çıxıb və iki elektrik dirəyinə çırpılıb.
Araşdırma nəticəsində sürücünün gecə saatlarında yorğunluq səbəbindən sükan arxasında yuxuya getdiyi müəyyən edilib. Qəzada 15 tailandlı, 12 birmanlı və 9 amerikalı yaralanıb. Onlar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...