Tailand uyğur məhbusları Çinə deportasiya etdi

Tailand ABŞ-ın etirazlarına baxmayaraq uyğur məhbusları Çinə deportasiya etdi.
BAKU.WS xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Tailand hakimiyyəti cümə axşamı günü onlarla uyğur kişini Çinə deportasiya edib. Bu addım ABŞ-nin kəskin ictimai etirazlarına və həftələrdir aparılan gizli diplomatik səylərə baxmayaraq atılıb.
Məlumata görə, həmin şəxslər on ildən çoxdur ki, Tailandın miqrasiya mərkəzlərində saxlanılırdı. Onlar Çinin Sincan bölgəsindən qaçaraq ölkəyə sığınmışdılar. ABŞ bu bölgədə əsasən müsəlman olan uyğur azlığının Çin hakimiyyəti tərəfindən təqib edilməsini "soyqırımı" kimi qiymətləndirib.
Məsələ, ABŞ-nin Asiyada nüfuzunun sınaqdan keçirildiyi mühüm bir hadisəyə çevrilib. Xüsusilə, Tramp administrasiyasının Çinə qarşı daha sərt xarici siyasət yürütməyə çalışdığı bir dövrdə bu deportasiya qərarı Vaşinqtonun regiondakı təsir gücü ilə bağlı suallar yaradıb.
Oxşar xəbərlər
Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralanıb
Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisə nəticədə 12 hərbçi yaralanı...
