Suriyanın yeni hökuməti ilk qadın nazir təyin edib

Suriyanın yeni hökumətində kadr dəyişiklikləri olub. Hind Kabvat sosial məsələlər və əmək naziri təyin edilib. Bununla da o, ölkədə ilk qadın nazir olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Kabvat yeni vəzifəsindəki ilk çıxışında "Suriyanın bütün bölgələrində resursların ədalətli paylanmasını" təmin etmək, həmçinin uşaq evləri və qocalar evləri kimi sosial qurumları yenidən qurmaq üçün çalışacağını vəd edib. Nazir əhalinin ən həssas təbəqələrinin, o cümlədən müharibədən zərər çəkmiş kimsəsiz uşaqların və ailə başçısını itirmiş qadınların dəstəklənməsinə xüsusi diqqət yetirməyi planlaşdırır.
"Biz əhalinin təcrid olunmuş qruplarına: yetimlərə, müharibə qurbanlarına və ailə başçısını itirmiş qadınlara dəstək verməyə çalışacağıq", - bəyanatda deyilir.
Qeyd edək ki, xarici işlər naziri Əsəd əş-Şeybani və müdafiə naziri Mirhaf Əbu Qusra öz postlarını qoruyublar. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Ənəs Xəttab daxili işlər naziri təyin edilib.
Oxşar xəbərlər
"iPhone" işlədənlərin nəzərinə - Bu 3 telefon modelində…
Apple bir sıra iPhone modelləri üçün iOS dəstəyini dayandırmağa hazırlaşır. BAKU.WS xəbər verir ki, bu barədə "MacRumors" portalı X sosial şəbəkəsində adı açıq...
