Suriyanın şimalında avtomobil partlayıb, ölənlər var
Suriyanın Hələb vilayətində yerləşən Mənbic şəhərində minalanmış avtomobilin partlaması nəticəsində azı 3 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
"Əl-İxbariyyə" telekanalı öz növbəsində bildirir ki, avtomobil şəhərin mərkəzindəki dairəvi yolun kənarında partlayıb.
Xatırladaq ki, ötən il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya Ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan "Hayat Təhrir əş-Şam" qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa olub.
Oxşar xəbərlər
Rumıniya Ukrayna üçün silah alışı proqramına qoşulub
Rumıniya PURL ("Prioritized Ukraine Requirements List") proqramı çərçivəsində Ukrayna üçün silah alışı üçün 50 milyon avro ayıracaq. BAKU.WS "Report"a istinadən...