Suriyada ölkənin ən böyük stadionunda yanğın baş verib
19
dek
2024
13:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyanın Hələb şəhərində ölkənin ən böyük stadionu olan Hələb Beynəlxalq Stadionunda yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Al-Masry Al-Youm" məlumat yayıb.
Hələb Beynəlxalq Stadionu 75 min tamaşaçı tutumuna malikdir.
Məlumata görə, yanğın naməlum şəxslər tərəfindən törədilib. Yanğının səbəbləri barədə rəsmi məlumat verilmir.
Qeyd olunur ki, sosial şəbəkələrdə yanğının söndürüldüyü barədə məlumat yayılıb. 2012-ci ilin iyulunun əvvəlində mərmilər, partlayışlar və hava hücumları nəticəsində stadiona ciddi ziyan dəyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...