Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Suriya Prezidenti Əhməd əl-Şaraa ölkədə yaşayan kürdlərin hüquqlarını qorumağa yönəlmiş yeni fərman imzalayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənəddə kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu vurğulanır və ilk dəfə olaraq kürd dili rəsmi dövlət dili kimi tanınır.
Fərmana əsasən, kürdlərin sıx yaşadığı bölgələrdə məktəblərdə kürd dili tədris ediləcək.
Bundan başqa, 1962-ci il siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilən kürdlərə vətəndaşlıqlarının bərpası hüququ verilib. Eyni zamanda, kürdlərin milli bayramı sayılan və hər il 21 martda qeyd olunan Novruz artıq rəsmi bayram statusu alıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...