Suriyada 61 ildən sonra bir ilk - Əməvi məscidində Türkiyə bayrağı qaldırıldı
Dəməşqdəki tarixi Əməvi məscidi 61 illik Əsəd rejiminin devrilməsindən sonra ilk cümə gününə ev sahibliyi edib. Şəhərlərdə, o cümlədən Dəməşq, Hələb, Mənbic, Həma, Homs, Tel Rıfat və İdlib kimi bölgələrdə yaşayan suriyalı müsəlmanlar, təzyiq olmadan cümə namazını qılmaq üçün məscidlərə axışdılar. Dəməşqə axın edən suriyalılar cümə namazını tarixi Əməvi məscidində qılacaqlar.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, suriyalılar, cümə namazı qılmaq üçün 7 min kvadratmetr sahəyə axın edərkən məsciddə açılan Türkiyə bayrağının görüntüləri böyük əks-səda doğurub.
TRT Xəbər müxbiri, Əməvi məscidində baş verənləri xəbər verərkən "Əməvi məscidində tarixi anların şahidi olduq. Azad Suriyada minlərlə insan cümə namazını qıldı. Əməvi məscidində Türkiyə bayrağı dalğalanır," deyib. Ekranlarda görünən görüntülərdə, bir suriyalı şəxs Türkiyə bayrağını öpərkən əks olunub.
Əməvi məscidində TRT-nin mikrofonuna danışan bir suriyalı "Çox xoşbəxtik. Yaşasın Türkiyə" deyib.
Yeni müvəqqəti administrasiyanın baş naziri Məhəmməd əl-Bəşir də Əməvi məscidində çıxış edib. Məscidin 7 min kvadratmetr sahəsi tamamilə zəbt edilib.
Oxşar xəbərlər
"Boeing" "787 Dreamliner"in istehsalının genişləndirilməsinə 1 milyard dollar investisiya qoyacaq
ABŞ-nin "Boeing Co." konserni "787 Dreamliner" təyyarələrinin istehsal edildiyi Cənubi Karolinadakı istehsal kompleksinin genişləndirilməsinə 1 milyard dollar s...