Suriya höküməti Rusiya ilə strateji razılaşmanı ləğv edib

Suriya höküməti Rusiya ilə strateji razılaşmanı ləğv edib
Dünya 51

Suriya Ərəb Respublikası 2019-cu ildə Rusiya şirkəti ilə imzaladığı Tartus limanının genişləndirilməsi barədə razılaşmanı ləğv edib.

Bu çərçivədə, dörd il ərzində limana 500 milyon dollar sərmayə qoyulması planlaşdırılırdı. Lakin ölkənin yeni rəhbərliyi bu müqaviləni ləğv etmək qərarına gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Tartus gömrüyünün direktoru Riyad Cudi "Al-Vatan"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, limanın idarəçiliyindən əldə olunan bütün gəlirlər Suriyanın dövlət büdcəsinə yönəldiləcək və işçilər yerli idarəçiliyə qayıdacaqlar.

Suriya tərəfi razılaşmada nəzərdə tutulduğu kimi, uzun müddət yenilənmədən istifadə edilən köhnəlmiş avadanlıqların bərpasını də öz üzərinə götürəcək.

Razılaşmaya görə, Tartus limanı 49 illik icarə müddətində olmalı və müasirləşdirilməli idi. Lakin Cudinin sözlərinə əsasən, hazırda liman yüksək rüsumlar və logistik xidmətlərin bahalığı səbəbindən demək olar ki, iflic vəziyyətdədir. Bəzi mallar üçün gömrük rüsumları isə 60% azaldılıb.

Son xəbərlər