Süd Yolunda qaranlıq maddədən yaranan sirli şüalanma aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Süd Yolunda qaranlıq maddə ilə bağlı maraqlı kəşf edilib. Alimlər qalaktikanın mərkəzində qeydə alınan güclü qamma-şüalanmanın səbəbini qaranlıq maddə ilə əlaqələndiriblər.
BAKU.WS xəbər verir ki, Physical Review Letters jurnalında dərc olunan araşdırmaya əsasən, qaranlıq maddə Süd Yolunun mərkəzində dairəvi formada deyil, bir qədər yastı və qeyri-bərabər şəkildə paylanıb. Mütəxəssislər bildirirlər ki, bu forma qalaktikanın mərkəzindəki güclü şüalanmanı izah edə bilər.
Tədqiqatçılara görə, nəticələr qaranlıq maddə hissəciklərinin bir-birini məhv etməsi (annihilasiya) nəzəriyyəsini gücləndirir və elm adamlarını kainatın ən böyük sirrlərindən birini anlamağa bir addım da yaxınlaşdırır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...