Starlink peyki orbitadan çıxaraq partlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Starlink peyki gözlənilməz anomaliya səbəbindən Yerə yaxın orbitdən çıxaraq sıradan çıxıb və parçalanıb.
BAKU.WS "The Verge" nəşrinə istinadən xəbər verir ki, SpaceX nümayəndələri X platformasında bildiriblər ki, 29 martda 34343 nömrəli Starlink peyki 560 kilometr yüksəklikdə olarkən idarəetməni itirib və orbitdən çıxıb.
Şirkətin açıqlamasına görə, hadisənin səbəbi hələ də araşdırılır. SpaceX və Starlink komandaları nasazlığın ilkin səbəbini müəyyənləşdirmək üçün iş aparır.
Məlumata görə, bu, son aylarda Starlink şəbəkəsində qeydə alınan ikinci oxşar hadisədir. Daha əvvəl başqa bir peyk də anomaliya səbəbindən sıradan çıxmışdı.
Bildirilir ki, hadisə Beynəlxalq Kosmik Stansiya və NASA-nın gələcək "Artemis II" missiyası üçün təhlükə yaratmır. Mütəxəssislərin ehtimalına görə, dağılan peyk hissələri yaxın həftələrdə atmosferdə yanaraq yox olacaq.
Oxşar xəbərlər
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Rusiya Prezidenti Vladimir Putin ABŞ-İran münaqişəsinin yekunlaşması üçün hər cür kömək etməyə hazırdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə R...