Somali sahillərində yük gəmisi silahlı şəxslər tərəfindən ələ keçirildi
Komor adaları bayrağı altında üzən yük gəmisi Somali sahillərində silahlı şəxslər tərəfindən ələ keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış "Ambrey" şirkəti məlumat yayıb.
"Komor adaları bayrağı altında üzən yük gəmisi Somalinin Eyl şəhərindən 25 dəniz mili şimal-şərqdə ələ keçirilib. Səkkiz silahlı şəxs gəmiyə qalxıb və daha sonra onu ələ keçirib", - deyə "Ambrey" bildirib.
Qeyd olunur ki, gəmi sonuncu dəfə Bakı vaxtı ilə saat 14:31-də avtomatik identifikasiya sistemi vasitəsilə siqnal ötürüb. Həmin vaxt gəmi Somali sahillərinə doğru şimal-qərb istiqamətində hərəkət edib.
Gəmi Türkiyənin Tekirdağ şəhərindən çıxaraq Tanzaniyanın Dar əs-Salam şəhərinə gedirmiş.
Oxşar xəbərlər
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
Rusiya və Ukrayna razılığa gələ bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Vesti" proqramına müsahibəsində b...