Smartfon üçün ən gərəksiz aksesuarın adı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Smartfon kameraları üçün nəzərdə tutulan qoruyucu şüşə tamamilə faydasız aksesuar hesab edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "BGR" nəşri məlumat yayıb.
Mütəxəssislər bildirir ki, bu vasitələrin istifadəsi cihazı qorumaq əvəzinə, çəkiliş keyfiyyətinə ciddi zərər vurur.
Bu birbaşa obyektivin üzərinə yapışdırılan bu qoruyucular işıq parıltılarına (flesh), fokuslanma problemlərinə, eləcə də gecə rejimi və lidar sensorunun işində axsamalara yol açır.
Müasir smartfonların obyektivləri artıq zavod istehsalı olaraq yüksək davamlılığa malik "Gorilla Glass" və ya sapfir şüşələrlə təchiz edilir.
Bu səbəbdən əlavə qoruyucuya ehtiyac qalmır.
Kameranı zədələrdən necə qorumaq üçün onları qum, toz və metal qırıntıları olan mühitlərlə təmasdan qoruyun.
Mütəmadi olaraq təmizləyin. Obyektivdə toplanan tozu təmizləmək üçün vaxtaşırı yumşaq mikrofibra dəsmaldan istifadə edin.
Doğru qab (üzlük) seçin. Bir çox keyfiyyətli telefon qablarının kənarlarında kameranı zərbələrdən qoruyan xüsusi çıxıntılı künclər (yəni bortlar) mövcuddur.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...