Siemens-in rəhbərinin ölümündən öncə ailəsi ilə son fotosu yayıldı

"Siemens" şirkətinin İspaniya üzrə filialının rəhbəri Aqustin Eskobarın həyat yoldaşı və üç övladı ilə birlikdə çəkilmiş son fotosu iyayılıb.
Bu foto ABŞ-də, Hudson çayında baş verən helikopter qəzasından əvvəl lentə alınıb.
BAKU.WS xəbər verir ki, fotoları "New York Post" yayımlayıb.
Eskobar ailəsi ABŞ-yə istirahət üçün gəlmişdi və onlar helikopterlə ekskursiyaya çıxmaq qərarına gəlmişdilər.
Fotoda bütün ailə helikopterin qarşısında dayanaraq bir-birinə sarılıb və gülümsəyir.
Hadisə 10 aprel, cümə axşamı günü, Manhettendən bir qədər aralıda baş verib. Məlumata görə, helikopterdə üçü uşaq olmaqla altı nəfər – üç böyük, o cümlədən pilot – olub. Daha sonra müəyyən edilib ki, ölənlər az öncə Azadlıq Heykəli üzərində gəzinti həyata keçirən İspaniyadan gəlmiş turistlərdir.
Hadisə yerinə dərhal xilasetmə qrupları göndərilib. Lakin helikopterin tamamilə suyun altına getməsi axtarış və xilasetmə əməliyyatını xeyli çətinləşdirib.
Sonradan məlum olub ki, qəza nəticəsində Siemens İspaniya bölməsinin rəhbəri Aqustin Eskobar, onun həyat yoldaşı Mersa Kamprubi Montal və üç uşağı həlak olub.

Oxşar xəbərlər
İspaniyada qırmızı bülletenlə axtarışda olan şəxs Bodrumda saxlanılıb
İspaniyada 103 uşağa qarşı cinsi istismar törətməkdə ittiham edilən və barəsində qırmızı bülletenlə beynəlxalq axtarış elan olunan 36 yaşlı Fəs vətəndaşı Younes...