Sidneydə törədilən terroru ata və oğul həyata keçirib
Avstraliyanın Sidney şəhərində baş verən və 16 nəfərin həyatını itirməsi, 40 nəfərin isə müxtəlif dərəcəli xəsarət alması ilə nəticələnən terror aktının icraçılarının ata və oğul olduğu üzə çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis komissarı Mal Lenyon mətbuat nümayəndələrinə açıqlama verib.
Aparılan ilkin araşdırmalar göstərir ki, hücum Bonday çimərliyində törədilib və hadisədə iştirak edən şəxslər Sidneyin cənub-qərbində yerləşən Bonniriqq rayonunda yaşayan iki nəfərdir. Onlardan 24 yaşlı oğul saxlanılarkən ağır vəziyyətdə yaralanıb, 50 yaşlı ata isə hadisə zamanı ölüb.
Polis komissarının sözlərinə görə, hazırkı mərhələdə hücumun əvvəlcədən planlaşdırıldığına dair hər hansı sübut aşkarlanmayıb. Eyni zamanda qeyd olunub ki, hücum edən şəxslərdən biri uzun illərdir - təxminən 10 il ərzində - qanuni əsaslarla odlu silah sahibi olub.
En Bondi Beach en Sidney, Australia dos hombres armados asesinaron a 10 personas de la comunidad judía, que celebraban el Hanukkah.
— DoñaPily (@dona_pily2) December 14, 2025
Un héore logró desarmar a uno y la policía los capturó.
Al menos uno se sabe que es de Pakistan. pic.twitter.com/w6PqNVSF68
Oxşar xəbərlər
Heyvanlara qarşı şiddətə görə bu ölkələrdə qanunlar daha sərtdir
Dünyanın bir sıra ölkələrində heyvanlara qarşı zorakılığa görə qanunvericilik son dərəcə sərtdir. Bu ölkələrdə heyvanlara zərər vurmaq ağır cinayət hesab olunur...