Sibiqa və Rubio Ciddədə gözlənilən görüşü müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri "X"dəki səhifəsində yazıb.
Məlumata görə, tərəflər iki ölkənin nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində gözlənilən görüşünü müzakirə ediblər:
"ABŞ dövlət katibi Marko Rubio ilə telefonla konstruktiv dialoq apardıq, Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında gözlənilən görüşünü müzakirə etdik. ABŞ-ın rəhbərliyi uzunmüddətli sülhə nail olmaq üçün lazımdır", - nəşr yazır.
Bundan əvvəl Səudiyyə tərəfi martın 12-də Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüşün keçiriləcəyini təsdiqləyib.
Oxşar xəbərlər
Papaya təsbeh atdılar - ANBAAN GÖRÜNTÜ
Peruda Papa XIV Leonun başına iş gəlib. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, o ictimaiyyəti salamlayan zaman ona təsbeh atılıb. Hadisə Limadakı La...