Şeyma Subaşından ETİRAF: "Ruhum o adamla evlidir"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı sevgi etirafı ilə diqqətləri üzərinə çəkib.
BAKU.WS xəbər verir ki, o ilk dəfə braziliyalı model Marlon Teixeira ilə eşq yaşadığını etiraf edib. Cütlük bir ildir ki sevgilidir.
"Həyatımda elə biri var ki, onu ömrümün sonuna qədər saxlayacağımı düşünürəm. O, braziliyalıdır. Hazırda həyatımda evlilik yoxdur. Amma ruhum o adamla evlidir. Mən özümü onda görürəm, sanki özümə baxıram. Son bir ildə hər şey çox yaxşı gedir. Mənə qalsa, indi instaqramı bağlayardım. Bağlanmamağımın səbəbi işimdir, gücüm orada olmasıdır" - deyə, Şeyma qeyd edib.
Qalereya
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...