Səudiyyə Ərəbistanında ilk kvant kompüteri işə salındı
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco" "Pasqal" texnologiya şirkəti ilə birgə ölkədə ilk kvant kompüterini işə salıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəsmi press-relizində məlumat verilib.
"Kvant texnologiyaları sahəsindəki bu nailiyyət Səudiyyə mütəxəssislərinə, mühəndislərinə və alimlərinə məxsusdur. Birgə tədqiqatlara və təlimlərə investisiya qoymaqla biz krallıqda gələcək nəsil enerji həllərinin təməli olacaq dünyasəviyyəli kvant ekspertizası yaradırıq", - deyə "Saudi Aramco"nun texnologiya və innovasiyalar üzrə icraçı vitse-prezidenti Əhməd əl-Xuvayter bildirib.
Şirkətlər, həmçinin Yaxın Şərqdə ilk dəfə olaraq "xidmət kimi kvant hesablamaları" (QCaaS) kommersiya platformasını təqdim ediblər. Ölkənin şərqindəki Dammam/Dahran şəhərində, "Saudi Aramco"nun məlumatların emalı mərkəzində yerləşən hesablama kompleksi dünyanın müxtəlif ölkələrindəki müştərilərə uzaqdan bulud texnologiyası vasitəsilə çıxış imkanı yaradacaq. Bu isə mürəkkəb sənaye tapşırıqlarının kvant avadanlığı vasitəsilə həllinə şərait yaradacaq.
İlk dəfə 2025-ci ilin noyabrında quraşdırılan "Pasqal" kvant prosessoru neytral atomlar texnologiyası əsasında işləyir və 200 proqramlaşdırıla bilən kubiti idarə edir. Bu hesablama güclərindən liman logistikasının optimallaşdırılması, karbon qazının saxlanılması, qazma işlərinin planlaşdırılması və azkarbonlu yanacaq növlərinin işlənib hazırlanması üçün istifadə olunacaq. Elmi-tədqiqat institutları və universitetlər də daxil olmaqla, xarici təşkilatlar da sözügedən bulud platformasına giriş əldə edə biləcəklər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...