Səudiyyə Ərəbistanı, Qətər və Oman Trampı İrana zərbə vurmamağa razı salıb
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanı, Qətər və Oman ABŞ Prezidenti Donald Trampı İrana hücum etməməyə və Tehrana xoş niyyətini göstərmək üçün şans verməyə razı salmaq üçün əhəmiyyətli diplomatik səylər göstəriblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" Səudiyyə məmuruna istinadən məlumat yayıb.
Onun sözlərinə görə, üç dövlət Vaşinqtonu eskalasiya halında region üçün ciddi nəticələr barədə xəbərdar edib.
Danışıqlar əldə edilmiş etimadı gücləndirmək və müsbət əhval-ruhiyyəni qorumaq üçün davam edir.
D.Tramp daha əvvəl İrana qarşı güc tətbiq etmək fikrini ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...