Serenay Sarıkayanın diqqətsizliyi ona baha başa gəldi - İki dəfə 30 000 ödəyibmiş...
Türkiyənin tanınmış aktrisası Serenay Sarıkaya bu dəfə şəxsi həyatı ilə deyil, əmlak vergisi ödənişi zamanı baş verdiyi iddia olunan anlaşılmazlıqla gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, aktrisa eyni daşınmaz əmlak üçün vergini iki dəfə ödəyib.
İddialara əsasən, ödənişlərdən birini Sarıkayanın assistenti, digərini isə aktrisanın özü həyata keçirib. Nəticədə eyni əmlak üzrə təxminən 30 min lirə artıq ödəniş edildiyi bildirilir.
Məlumata görə, artıq ödəniş aşkar edildikdən sonra bələdiyyə tərəfindən müvafiq prosedur başladılıb və artıq köçürülən vəsait Serenay Sarıkayaya geri qaytarılıb.
Qeyd edək ki, Serenay Sarıkaya vergi öhdəliklərini vaxtında yerinə yetirən şəxslərdən biri kimi tanınır. O, bu ilin mart ayında vergi intizamına görə İstanbul Vergi İdarəsi tərəfindən təşəkkür sənədi ilə də təltif olunmuşdu.
Oxşar xəbərlər
Danimarka şahzadəsi hərbi xidmətə başladı - Tarixdə İLK
Danimarka şahzadəsi İzabella ölkədə qadınları da əhatə edən yeni məcburi hərbi xidmət sistemi çərçivəsində 11 aylıq hərbi xidmətə başlayıb. BAKU.WS xəbər verir...