SEPAH: ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi bazaları hədəfə alınıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus Bəhreyn və Küveytdə yerləşən hərbi bazalara raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.
BAKU.WS xəbər verir ki, SEPAH-ın açıqlamasında əməliyyatın ölkənin müxtəlif bölgələrinə edilən hücumlara cavab olaraq həyata keçirildiyi bildirilib.
Bəyanata əsasən, SEPAH-ın hərbi dəniz və aerokosmik qüvvələrinin birgə keçirdiyi əməliyyat zamanı Küveytdə yerləşən Əli əs-Salem və Arifcan bazaları, həmçinin Bəhreyndəki Əl-Cufair və Şeyx İsa hərbi obyektləri hədəfə alınıb. İddia olunur ki, zərbələr nəticəsində həmin bazaların əsas infrastrukturuna ciddi ziyan dəyib.
SEPAH eyni zamanda xəbərdarlıq edib ki, ABŞ tərəfindən İrana qarşı yeni hücumlar həyata keçirilərsə, Tehran cavab əməliyyatlarının miqyasını genişləndirərək Yaxın Şərqdə yerləşən digər Amerika hərbi bazalarını da hədəfə ala bilər.
Oxşar xəbərlər
Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb
Kanadanın Ontario əyalətinin dövlət qurumları xəritələrində Ontario gölünü "Amerika gölü" adı ilə göstərməyə başlayıblar. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...