Səhnədə vəfat edən müğənninin həyatını xilas etmək olardı?

Səhnədə vəfat edən müğənninin həyatını xilas etmək olardı?
Video
Dünya 257

Türkiyəli ekspertlərtdən biri müğənni Volkan Konakın ölümündən danışıb. 

BAKU.WS xəbər verir ki, sənətçi ABŞ-dən səfər qayıdıb və 4 gün yuxusuz qalıb. 

Ekspert qeyd edib ki, ürək-damar sistemi xəstəlikləri olan şəxslər yuxusuz qalmamalıdır. Bu onların səhhətində ciddi dərəcədə mənfi təsir edir.

"Daha əvvəl ürəyinə stend qoyulub. Ürəyində problemi olub. Lakin xəstəliyinə əhəmiyyət vermədiyini təxmin edirəm. Onu 45 dəqiqə ürək masajı ediblər. "Həyatını xilas edə bilərdilər" deyə bir şey yoxdur. Amma o xəstəliyinə əhəmiyyət verməyib. Artıq çəkili olmağı, siqaret çəkməyi və çox yuxusuz olmağı ağırlaşmağına səbəb olub. Yuxu ürək-damar sistemi xəstəlikləri olan adamlar üçün dərman kimidir".

Xatırladaq ki, məşhur müğənni Volkan Konak martın 31-də 58 yaşında vəfat edib. Sənətçinin Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib.

Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.

Ətraflı videoda:

Son xəbərlər