Türkiyədə məktəbə silahlı hücum edən məktəbli özünə qəsd edib - 16 YARALI
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə təhsil müəssisələrindən birində silahlı insident qeydə alınıb.
BAKU.WS NTV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 16 nəfərə çatıb.
Məlumata əsasən, yaralıların böyük hissəsi şagirdlərdir. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hücumdan sonra hadisəni törədən məktəblinin özünə qəsd etdiyi qeyd olunub.
***12:10
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda liseyin qarşısında silahlı insident baş verib.
BAKU.WS xəbər verir ki, hadisə barədə DHA agentliyi xəbər yayıb.
Məlumata əsasən, silahlı şəxs məktəb ərazisinə daxil olaraq təsadüfi şəkildə atəş açıb.
Hadisə nəticəsində 7 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...