Sankt-Peterburqda miqrantlar şirniyyat fabrikində əlbəyaxa dava etdilər
Sankt-Peterburqun Frunzenski rayonunda iki əcnəbi şirniyyat fabrikinin anbarında dava salıb, münaqişə iştirakçılarından biri xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə noyabrın 21-də qənnadı sexinin anbarında yaşanıb.
İki əməkçi miqrant mübahisə edib daha sonra bu mübahisə davaya çevrilib. 28 yaşlı əcnəbi 20 yaşlı digər əcnəbinin gözünə açarla zərbə endirib.
Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib, hadisənin digər iştirakçısı isə polis şöbəsinə aparılıb.
Onn barəsində qəsdən sağlamlığa zərər yetirmə maddəsi ilə cinayət işi açılıb, hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.
Oxşar xəbərlər
Böyük Britaniya "Lukoyl" üçün sanksiyaları müvəqqəti ləğv edib
Böyük Britaniya "Lukoyl" şirkətinin beynəlxalq aktivlərinə tətbiq edilmiş sanksiyaları 26 fevral 2026-cı ilədək müvəqqəti ləğv edib. BAKU.WS xəbər verir ki, bu...