Şahbaz Şərif: Pakistan düşmənə layiqincə cavab verib
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın baş naziri Şahbaz Şərif Hindistanın hərbi təxribatlarına sərt reaksiya verildiyini bəyan edib.
BAKU.WS xəbər verir ki, o, ölkəsinin təhlükəsizliyinə yönəlmiş istənilən təcavüz aktına cavab vermək haqqının olduğunu vurğulayıb.
Şahbaz Şərif Hindistanın beş yaşayış məntəqəsinə hücum etdiyini bildirib:
"Düşmən məkrli planlar quraraq mülki əhalini hədəfə alıb. Lakin Pakistan buna layiqincə cavab verib və verəcək. Biz Hindistanın təxribatçı məqsədlərinə nail olmasına imkan verməyəcəyik".
Qeyd edək ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki obyektlərinə hücumlar həyata keçirib, nəticədə azı 8 nəfər həyatını itirib, 35 nəfər isə xəsarət alıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...