Sabiha Gökçən Avropanın ən punktual hava limanı seçildi
Türkiyənin Sabiha Gökçən Beynəlxalq Hava Limanı Avropada vaxtında uçuşların həyata keçirilməsi üzrə ilk sıraya yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 2026-cı ilin 8–14 iyun tarixlərini əhatə edən 24-cü həftəyə dair şəbəkə performansı hesabatında məlumat yayıb.
Hesabata əsasən, Sabiha Gökçən Hava Limanında reyslərin vaxtında qalxma göstəricisi 88 faizə çatıb və bu nəticə ilə Avropanın ən punktual hava limanı olub. İstanbul Hava Limanı isə 86 faiz göstərici ilə ikinci yerdə qərarlaşıb.
Siyahıda Oslo Hava Limanı 83 faiz, Kopenhagen Hava Limanı 80 faiz, Vyana Hava Limanı isə 79 faiz vaxtında uçuş göstəricisi ilə növbəti pillələrdə yer alıb.
Sabiha Gökçən Hava Limanının operatoru HEAŞ-ın baş direktoru Faruk Kaçır bildirib ki, əldə olunan nəticə uzunmüddətli planlaşdırmanın, güclü koordinasiyanın və əməliyyat səmərəliliyinin göstəricisidir. Onun sözlərinə görə, hava limanı yalnız yüksək sərnişin axınını uğurla idarə etmir, həm də Avropada əməliyyat effektivliyi baxımından nümunəvi mərkəzlərdən birinə çevrilib.
Oxşar xəbərlər
Avstraliyada quş qripi təhlükəsi: H5N1 şübhəsi qeydə alındı
Avstraliyada H5N1 quş qripi virusuna yoluxma şübhəsi qeydə alınıb. BAKU.WS xəbər verir ki, Qərbi Avstraliya ştatının Cape Le Grand Milli Parkında ölü tapılan kö...