Rusiyanın Xalq artisti 86 yaşında vəfat edib

Rusiyanın Xalq artisti 86 yaşında vəfat edib
Dünya 211

Çuvaş Dövlət Akademik Dram Teatrının tanınmış aktrisası, RSFSR-in (Rusiya Sovet Federativ Sosialist Respublikas) Xalq artisti Nina İliniçna Qriqoryeva 86 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Çuvaş Respublikasının rəhbəri Oleq Nikolaev özünün "Telegram" kanalında məlumat verib.

"Mən dərin kədərlə bildirirəm ki, RSFSR-in Xalq artisti, Çuvaş Akademik Dram Teatrının əfsanəsi Nina İliniçna Qriqoryeva dünyasını dəyişib", – deyə o qeyd edib.

Region rəhbəri sənətkarın doğmalarına və yaxınlarına başsağlığı verib. Onun sözlərinə görə, aktrisa 62 il ərzində teatr səhnəsində fəaliyyət göstərib və tamaşaçılarının yaddaşında silinməz obrazlar yaradıb.

Qeyd edək ki, Nina Qriqoryeva 100-dən çox rolda çıxış edib. Onun ifasında xüsusilə "Narspi", "Cehizsiz qız", "Aydar", "Vəhşilər", "Zülmətin gücü" və "Matera ilə vidalaşma" tamaşaları ilə yadda qalıb.

Nikolaev bildirib ki, Nina İliniçna yalnız görkəmli aktrisa deyil, həm də sənətinə sadiqliyin, yüksək peşəkarlığın və insani keyfiyyətlərin simvolu olub: "Onun gedişi teatr cəmiyyətimiz üçün əvəzolunmaz itkidir".

Oxşar xəbərlər

16 yaşlı yeniyetmənin öldürdüyü polisin EVİNDƏN GÖRÜNTÜLƏR

16 yaşlı yeniyetmənin öldürdüyü polisin EVİNDƏN GÖRÜNTÜLƏR

İzmirdə yeniyetmənin öldürdüyü polis baş inspektoru Muhsin Aydemirin ailəsi onun acı xəbərini alıb.  BAKU.WS xəbər verir ki, ölüm xəbəri ilə sarsılan ailə göz y...

231 Dünya 17:43 08 sentyabr 2025

Son xəbərlər