Rusiyanın neft satışından gəlirləri azalıb
"Rusiya noyabr ayında neft ixracından əldə etdiyi gəlirlərin oktyabr ayına nisbətən 7% azalması ilə üzləşib".
BAKU.WS xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) dekabr hesabatında göstərilib.
Hesabata əsasən, noyabr ayında Rusiyadan gündəlik neft və neft məhsulları ixracı 120 min barel azalaraq 7,33 milyon barel səviyyəsində olub. Bu azalma, neftin xaricə daha aşağı qiymətə və həcmlə satılması səbəbindən Rusiya üçün ixracdan əldə olunan gəlirlərin 1,1 milyard dollar azalaraq 14,56 milyard dollara enməsinə səbəb olub.
Qeyd edəək ki, noyabr ayında neft tədarükü gündəlik 100 min barel azalıb. BEA bu azalmanı bəzi Rusiya neft emalı zavodlarının təmirdən çıxması ilə əlaqələndirir. Neft məhsullarının ixracı isə gündəlik 20 min barel azalıb.
Oxşar xəbərlər
Ölkədə ayaqqabı istehsalı artıb - Son statistik göstəricilər
Azərbaycanda ayaqqabı istehsalı iki faizdən çox artıb. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 936 min cüt ayaqqabı istehsal edilib. Dövlət Statist...