Rusiyanın ən varlı biznesmenlərinin sərvəti 19 milyard dollardan çox artıb

Rusiyanın ən varlı biznesmenlərinin sərvəti 19 milyard dollardan çox artıb
Dünya 28

Yanvar ayının əvvəlindən etibarən Rusiyanın ən varlı biznesmenlərinin ümumi sərvəti 19,392 milyard ABŞ dolları artıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) reytinqi məlumat yayıb.

Göstərici sahibkarların pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Bəzi təşkilatlar üzrə indeksin müəyyənləşdirilməsi zamanı qiymətli kağızların bazar kapitallaşmasının EBITDA-ya nisbəti və ya səhm qiymətinin onun gəlirinə nisbəti istifadə olunur.

Hazırda BBI reytinqində 20 Rusiya vətəndaşı yer alır. Onların ümumi sərvəti 318,48 milyard dollar təşkil edir. Ümumilikdə indeks dünyada ən varlı 500 nəfərin aktivlərini əhatə edir.

Xatırladaq ki, ötən ilin oktyabrında "Altrata" şirkətinin hesabatı dərc olunmuşdu. Hesabata əsasən, bir il ərzində Rusiyada və Böyük Britaniyada dollar milyarderlərinin sayı 128 nəfərə çatıb. Eyni zamanda, lider üçlük - ABŞ, Çin və Almaniya olub.

Qeyd edək ki, dekabrın 20-də "Forbes" jurnalı amerikalı sahibkar, "SpaceX" şirkətinin qurucusu İlon Maskın tarixdə ilk dəfə sərvəti 700 milyard dolları keçən insan olduğunu yazmışdı. 2026-cı ilin yanvarında isə iş adamı insanlara pul yığmamağı tövsiyə edib və 10-20 ildən sonra yığım konsepsiyasının aktuallığını itirəcəyini bildirib. Mask əlavə edib ki, yaxın gələcəkdə pensiya yolu ilə qocalıq üçün vəsait toplamaq anlayışı da köhnələ bilər.

Son xəbərlər