Rusiyada "WhatsApp" da bloklanacaq?
"WhatsApp" messencerinin Rusiyada bloklanacağı ehtimalı yüksəkdir.
BAKU.WS "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Andrey Svintsov bildirib.
Bildirilib ki, Rusiya Federasiyasında WhatsApp-ın bloklanması həqiqətən mümkündür, lakin böyük ehtimalla bu, tədricən tətbiq olunacaq.
"Heç kim proqrama girişi birdən-birə məhdudlaşdırmayacaq, çünki onu alternativ tapmaq, vacib məlumatları köçürmək üçün vaxt verilməli olan çoxlu sayda insan istifadə edir. Çoxları WhatsApp vasitəsilə biznes aparır. Çox güman ki, tətbiqin bloklanması YouTube-a bənzəyəcək: əvvəlcə istifadəçilər işdə ləngimə, sonra isə tam bloklanma yaşayacaqlar", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Danimarkada minlərlə insan ABŞ-nin Qrenlandiya siyasətinə qarşı aksiya keçirib
Danimarkada minlərlə etirazçı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək planlarına qarşı küçələrə çıxaraq etirazlarını bildirib. BAKU.WS "Report"...