Rusiyada taksi fəaliyyəti ilə məşğul olan miqrantlara PİS XƏBƏR
Rusiyanın Sankt-Peterburq şəhərində miqrantların taksi və kuryer kimi işləməsinə qoyulan məhdudiyyət 2026-cı ilin sonuna qədər uzadılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" şəhərin qubernatoru Aleksandr Beqlova istinadən məlumat yayıb.
"Biz müvafiq qadağaların 2026-cı ilin sonuna qədər - həm taksi sahəsində, həm də kuryerlik fəaliyyətində xarici vətəndaşların işə qəbuluna dair uzadılmasını mümkün hesab etdik. Xarici mütəxəssislərə, əlbəttə ehtiyacımız var, lakin yalnız iqtisadiyyatın buna ehtiyac duyduğu sahələrdə",-deyə Beqlov bildirib.
Bundan əvvəl Sankt-Peterburq Əmək Komitəsi sədrinin müavini Tatyana Morozkova deyib ki, şəhərdə minlərlə miqrant taksi və çatdırılma xidmətlərində çalışma imkanından məhrum ediləcək.
Onun sözlərinə görə, ötən il Sankt-Peterburqda miqrantlara 200 mindən çox patent verilib. Onların 1,6%-i taksidə, 3,4%-i isə kuryerlikdə işləmək üçün olub. Söhbət təxminən 10 min nəfərdən gedir.
"Biz başa düşürük ki, taksi sürücüləri və kuryerlər digər fəaliyyət növləri üzrə alınmış patentlərlə də işləyirlər. Məsələn, fəhlə və ya köməkçi işçi kimi çalışırlar. İşəgötürənlər onları həmin patentlər əsasında işə götürürlər",-deyə Morozkova əlavə edib.
O vurğulayıb ki, miqrantların taksi və çatdırılma sahəsində işinə qoyulan qadağa şəhərin iqtisadiyyatına təsir göstərməyəcək.
Oxşar xəbərlər
"Miss Türkiyə" rusiyalı modeli döydü
İstanbulda varlı iş adamının təşkil etdiyi gecədə "Miss Türkiyə" müsabiqəsinin qalibi kikboksçu ilə rusiyalı model arasında dava düşüb. BAKU.WS "Shot" teleqram...