Rusiyada saxta alkoqol faciəsi: 19 nəfər ÖLDÜ

Rusiyada saxta alkoqol faciəsi: 19 nəfər ÖLDÜ
Dünya 73

Rusiyanın Leninqrad vilayətinin Slantsı şəhərində kustar üsulla hazırlanmış saxta alkoqol kütləvi zəhərlənməyə səbəb olub. Nəticədə azı 19 nəfər həyatını itirib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı yerli KİV-lər yayıb.

Bildirilir ki, faciəyə səbəb olan şəxslər artıq müəyyən edilib. Saxta içki ticarəti ilə məşğul olan şəbəkənin əsas fiqurları – 60 yaşlı uşaq bağçası tərbiyəçisi Olqa Stepanova və onun ortağı, 78 yaşlı Nikolay Boytsovdur.

Qeyd olunur ki, sentyabrın 25-də Boytsovun həyat yoldaşı Qalina da bu içkilərdən birini qəbul etdikdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı mənzildə spirt istehsalı üçün istifadə olunan boş şüşələr və spirt kanistrləri aşkarlanıb.

Məlumata görə, Olqa Stepanova və Nikolay Boytsov təxminən 10 il ərzində ev şəraitində hazırladıqları saxta alkoqolu satmaqla məşğul olublar.

Hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən "ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma" maddəsi üzrə cinayət işi açılıb.

Son xəbərlər