Rusiyada neft-kimya zavodunda partlayış baş verib: Üç ölü, 50-dən çox yaralı var
Yeniliklərdən dərhal xəbərdar olun
Şərqi Avropa regionunun ən böyük neft-kimya müəssisələrindən sayılan və Rusiyanın Tatarıstan Respublikasında yerləşən "Nijnekamskneftexim" zavodunda yanğınla müşayiət olunan partlayış qeydə alınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Məlumata əsasən, hadisə nəticəsində üç nəfər həlak olub, 50-dən artıq şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.
"Rosaviasiya" qurumu tərəfindən Nijnekamsk aeroportunun iş rejiminə müvəqqəti məhdudiyyətlər tətbiq edilsə də, müəssisənin sahibi olan "SIBUR" şirkəti yanğın hadisəsinin ehtimal edilən hava hücumu ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...