Rusiyada miqrantların övladları məktəblərə imtahanla qəbul ediləcək - Bu tarixdən
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn ilin aprel ayından rus məktəblərinə qəbul olunmaq istəyən miqrantların övladlarının rus dilindən sınaqdan keçirilməsinə başlanılacaq.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Çernışenko bildirib.
"Hazırda Rosobrnadzor metodiki materialların, sınaq sistemlərinin və qiymətləndirmə meyarlarının hazırlanmasını tamamlayır, çünki biz başa düşürük ki, müxtəlif siniflər müxtəlif səviyyələrdə sınaq tələb edəcək", - o əlavə edib.
Çernışenko qeyd edib ki, hər il 155 minə yaxın miqrant uşaq ölkənin təhsil müəssisələrinə daxil olur.
Xatırladaq ki, dekabrın əvvəlində Dövlət Duması miqrant uşaqların rus dilini bilməyən məktəblərə qəbulunun qadağan edilməsi təşəbbüsünü təsdiqləyib. Dil biliyinin yoxlanılmasının məcburi olacağı dəqiqləşdirilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...