Rusiyada miqrant qısqanclıq zəminində arvadını öldürdü

Rusiya İstintaq Komitəsinin əməkdaşları arvadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən əcnəbi vətəndaşa qarşı Moskva yaxınlığındakı Leninski şəhər rayonunda ittiham irəli sürüb.
BAKU.WS "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, bu barədə cümə axşamı, fevralın 13-də Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"36 yaşlı əcnəbi vətəndaş qətldə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi) ittiham olunub. Təqsirləndirilən şəxs Leninski şəhər rayonunda supermarketin yaxınlığında dayanarkən zərərçəkmişə hücum edərək, onun həyati orqanlarına bıçaq xəsarətləri yetirib. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib", - deyə məlumatda qeyd olunub.
İdarənin rəsmi teleqram kanalı xəbər verir ki, cinayətin motivi şübhəlinin həyat yoldaşını qısqanması olub.
Qadının qətli fevralın 10-da baş verib. İstintaq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət vermək niyyətindədir.

Oxşar xəbərlər
Bülent Ersoyun var-dövləti : İstanbulda 28 ev, 4 ultra lüks villa, 30 metrlik yaxta...
Məşhur müğənni Bülent Ersoy var-dövləti açıqlanıb. BAKU.WS xəbər verir ki, sənətçinin İstanbulda 28 mənzili, 4 ultra lüks villası var. Bodrum, Antalya və Marma...