Rusiyada miqrant mübahisə etdiyi sürücünü döyərək öldürdü - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində yol-nəqliyyat mübahisəsi zamanı taksi sürücüsü-miqrant avtomobil sahibinə hücum edərək onu döyüb.
Bu barədə yerli teleqram kanalları məlumat yayıb.
"Mərkəzi Asiyadan gələn və taksi fəaliyyəti ilə məşğul olan şəxs Yekaterinburqda yerli sürücünü döyüb. 24 yaşlı miqrant avtomobildən çıxaraq 62 yaşlı şəhər sakini ilə mübahisə etməyə başlayıb, daha sonra ona hücum edib və hadisə yerindən qaçıb", – deyə məlumatda bildirilir.
Avtomobilə quraşdırılmış kamera insidenti qeydə alıb. Kadrlarda taksi sürücüsünün maşından düşərək digər sürücüyə bir neçə zərbə endirdiyi və daha sonra uzaqlaşdığı görünür.
Mənbənin məlumatına görə, hadisə nəticəsində zərərçəkən kişi ağır xəsarətlər alıb və həyatını itirib. Hüquq-mühafizə orqanları şübhəli şəxsə ağır cinayət maddəsi üzrə ittiham irəli sürüblər.

Oxşar xəbərlər
ABŞ-İran görüşü barədə yeni təfərrüatlar açıqlanıb
Aprelin 26-da Omanın paytaxtı Maskatda keçiriləcək ABŞ-İran danışıqları barədə yeni təfərrüatlar açıqlanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barəd...