Rusiyada barda Müslüm Maqomayevin mahnısına görə DAVA DÜŞDÜ
Rusiyada Rosqvardiya əməkdaşları Müslüm Maqomayevin "More" mahnısını ifa etməkdən imtina edildiyi üçün paytaxt barlarından birində iğtişaş yaradan şəxsi saxlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "Veçernyaya Moskva" nəşrinə Rusiya Milli Qvardiyasının Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Rosqvardiya ekipajı Usaçeva küçəsində mühafizə olunan obyektdən həyəcan siqnalı alıb. İdarədən bildirilib ki, müəssisənin inzibatçısı sözügedən ünvana gələn Milli Qvardiyanın əməkdaşlarına yaxınlaşaraq sərxoş vəziyyətdə olan vətəndaşın nalayiq ifadələr işlətdiyini, insanları hədələdiyini və gələnlərə açıq-aşkar hörmətsizlik etdiyini göstərib", - deyə məlumatda qeyd olunub.
O da bildirilib ki, əməliyyatçılar hadisə yerinə gələndə həmin şəxs Maqomayevin mahnısına qulaq asmaq istədiyini deyib, lakin onlar mahnını səsləndirməkdən imtina ediblər. Hadisəni törədən şəxs saxlanılıb. Onun əvvəllər inzibati xətalara görə ittiham olunan 44 yaşlı Lipetsk sakini olduğu üzə çıxıb.
Oxşar xəbərlər
Türkiyədə fabrikdə baş verən güclü yanğının GÖRÜNTÜLƏRİ
Türkiyədə plastik məhsulların istehsal edildiyi fabrikada yanğın olub. BAKU.WS xəbər verir ki, yanğın səhər saat 7:30 radələrində Tuzlanın Tepeören məhəlləsind...