Rusiyada balta ilə üç övladını qətlə yetirən ana həbs edilib

Rusiyada balta ilə üç övladını qətlə yetirən ana həbs edilib
Video
Dünya 232

Rusiyanın Kansk şəhərində üç övladını balta ilə qətlə yetirən qadın həbs olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məlumat yayıb. 

Barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilən qadın məhkəmə iclası zamanı törətdiyi cinayəti etiraf edib.

Hadisə barədə məlumat 14 aprel tarixində yayılıb. İstintaq Komitəsinin məlumatına əsasən, qadının dördüncü övladı sağ qalıb – həmin vaxt uşaq babası və nənəsinin evində olub. Qətli törətdikdən sonra qadın valideynlərinin yanına gedərək törətdiyi əməldən danışıb.

Prokurorluğunun bildirdiyinə görə, 29 yaşlı qadın paranoidal şizofreniyadan əziyyət çəkir.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin hadisənin araşdırılması ilə bağlı Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsinin rəhbərinə hesabat təqdim etməyi tapşırıb. 

Son xəbərlər