Rusiyada arağın qiyməti qalxıb
25
sen
2024
11:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın pərakəndə satışında arağın qiyməti ilin əvvəlindən bu yana orta hesabla 4,7% artıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, sentyabrın əvvəlində arağın bir litri 741,2 rubla (13.57 manat) satılıb.
Qeyd olunub ki, yanvarda bir litrin qiyməti 707,9 rubl (12.96 manat) olub.
Rusların son bir ildə arağa çəkdikləri xərc 9,9% artaraq 332 rubl təşkil edib. Dövr ərzində bu spirtli içkinin orta satış həcmi 3,5% artaraq 0,49 litrə çatıb.
Ən çox 35 yaşdan yuxarı ruslar araq alırlar. Onlar bütün satışların təxminən 80%-ni təşkil edir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...