Rusiyada 4 qütb ayısı tərk edilmiş Sovet tədqiqat məntəqəsinə girib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada 4 qütb ayısı tərk edilmiş Sovet tədqiqat məntəqəsinə girib.
BAKU.WS xəbər verir ki, Rusiyanın şimal-şərqində yerləşən Kolyuçin adasında 4 qütb ayısı tərk edilmiş bir Sovet tədqiqat məntəqəsini öz barınağına çevirib.
Ayılar məntəqədə sərbəst gəzişərək pəncərədən dənizi izləyib və çəmənliklərdə oynayıblar. Onların bu davranışı dron kamerası ilə qeydə alınıb. Qeyd edilir ki, dronlardan biri ilə qarşılaşan ayılardan biri ona hücum edib. Məntəqə, Sovet İttifaqının dağılmasından təxminən 30 il sonra tərk olunub və indi heyvanlar üçün müvəqqəti yaşayış yeri rolunu oynayır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...