Rusiya XİN: İran və ABŞ arasında atəşkəs Livana da şamil edilməlidir
Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi telefon danışığı zamanı Tehranla Vaşinqton arasında əldə olunmuş atəşkəsi müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Lavrov danışıqlar prosesinin uğurlu olacağına ümidvar olduğunu deyib və ABŞ ilə İran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə edilməsini alqışlayıb", - nazirlikdən bildiriblər.
Öz növbəsində, Əraqçi Fars körfəzindəki vəziyyətin müzakirəsi zamanı BMT Təhlükəsizlik Şurasında tutduğu prinsipial mövqeyə görə Moskvaya təşəkkür edib.
"Moskva İran ətrafındakı münaqişədə atəşkəs razılaşmasının Livana da şamil edilməsinin tərəfdarıdır", - Rusiya XİN-dən bəyan ediblər.
Oxşar xəbərlər
İrandan gələn təzadlı açıqlamalar: Taktika, yoxsa parçalanma?
Bir tərəfdən SEPAH Hörmüz boğazını bağlamaqla hədələyir, digər tərəfdən isə İran Xarici İşlər Nazirliyi ticarət gəmiləri üçün yolun açıq olduğunu bəyan edir. Bə...