Rusiya və Ukrayna 2025-ci ildə ilk dəfə əsirləri dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ukrayna 2025-ci ildə ilk dəfə əsirlərin dəyişdirilməsini 25-ə 25 formatında həyata keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, dəyişdirilənlər arasında güllə və qəlpə yarası alan, ağır yaralı döyüşçülər var. Onlar nəql olunmaq üçün yararlı vəziyyətdədirlər.
Rusiya Müdafiə Nazirliyi təsdiqləyib ki, əsirlikdən qayıdan bütün rusiyalı hərbçilər müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaq. Nazirliyin məlumatına əsasən, əsirlərin geri qaytarılması prosesində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəçi rolunu oynayıb.
Hazırda əsirlikdən qayıdanlar Belarus ərazisindədir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...