Rusiya üzərində parlaq meteor müşahidə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Çelyabinsk vilayətinin səmasında 11 iyul gecəsi parlaq meteor müşahidə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə yerli 74.ru portalı məlumat yayıb.
"Starvisor" layihəsinin iştirakçısı Dmitri Moskin hadisənin görüntüsünü yayımlayıb. Onun sözlərinə görə, görüntü Çelyabinskin cənub hissəsində lentə alınıb. Parlaq işıq saçan meteoru yalnız Çelyabinsk sakinləri deyil, həmçinin Miass, Kurgan, Maqnitoqorsk və bu bölgənin 700 kilometrlik radiusunda yerləşən digər şəhərlərin sakinləri də müşahidə edə biliblər.
"Bu gecə, yerli vaxtla saat 01:24-də qeydə alındı. O, kifayət qədər parlaq idi, demək olar ki, bütün vilayətdən görünürdü", – deyə Moskin bildirib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...