Rusiya üzərində 50 Ukrayna PUA-sı məhv edilib

Rusiya üzərində 50 Ukrayna PUA-sı məhv edilib
Dünya 34

Rusiya ərazisi üzərində ötən gecə 50 Ukraynaya məxsus pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücumlar Moskva vaxtı ilə saat 23:00-dan 07:00-dək davam edib. Hava hücumundan müdafiə sistemləri tərəfindən təyyarə tipli 50 PUA aşkar edilərək məhv edilib.

Məlumata görə, pilotsuz aparatların bir hissəsi Qara dəniz və Azov dənizi üzərində vurulub. Digər hədəflər isə Krasnodar diyarı, Belqorod, Rostov və Bryansk vilayətləri ərazisində zərərsizləşdirilib.

Veniamin Kondratyev bildirib ki, Novorossiysk şəhərində PUA hücumu nəticəsində 8 nəfər xəsarət alıb. Yaralananlar arasında iki uşaq da var. Onun sözlərinə görə, zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna PUA-ları Nijni Novqorod vilayətində istilik elektrik stansiyasına da ziyan vurmuşdu.

Oxşar xəbərlər

Son xəbərlər